BTE məktəbli formalarının qiymətini açıqladı

BTE məktəbli formalarının qiymətini açıqladı

"Bakı Tikiş Evi”nin istehsal etdiyi məktəbli formalarının qiyməti 40-46 manat təşkil edir.

Aktual.az xəbər verir ki, bu barədə Modern.az-a "Bakı Tikiş Evi”nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.
 
"I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”, - deyə Əzimov bildirib. 

Əzimov qeyd edib ki, BTE xammalı Türkiyədən alır. Tələbat artdıqca yeni formaların hazırlanması həyta keçiriləcək. Hazırda BTE-nin mağazalarında bütün ölçülərdə məktəbli formaları satışdadır.
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR