Bred Pitt özünə məşhur vəkil tutdu

Bred Pitt özünə məşhur vəkil tutdu
  • DÜNYA

Aktyor Bred Pitt aktrisa Ancelina Colidən boşanmaq üçün məşhur vəkil olaraq Lens Spiqeli tutub.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Spiqel ailə hüquqları üzrə ekspertdir. O, bundan əvvəl aktrisa Yeva Lonqoriya, aktyor Çarli Şin, müğənni Maykl Ceksonun hüquqlarını müdafiə edib.

Aktrisa Ancelina Coli də boşanmaq üçün Lora Vasseri özünə vəkil tutub. Hansı ki, Coli daha əvvəl onunla keçmiş əri Billi Bob Torntonodan boşanmaq üçün əməkdaşlıq edib.

Vasser də öz növbəsində dünya ulduzları ilə əməkdaşlıq edib. Belə ki, o da məşhur Amerika aktyoru Conni Depp, aktrisa və model olan Kim Kardaşyanla əməkdaşlıq edib. 

Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR