BQXK: Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar

BQXK: Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar

Aktiv döyüşlərin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar.
Aktual.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 4 Aprel-Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü münasibətilə yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, minalar və partlayıcı qalıqlar müharibələrin ən təhlükəli qalıqlarındandır:
"Onlar döyüşlər bitdikdən sonra on illiklər keçsə belə, insanların həyatlarına təhlükə yaradır”.
Komitə onu da diqqətə çatdırıb ki, mina və partlamamış qurğuların təhlükələri barədə məlumatlılığın artırılması ilə yanaşı, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və bu yöndə fəaliyyət göstərən digər yerli qurumlarla sıx əməkdaşlıq edir:
"Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan insanlar arasında minalar və MPQ-lərin təhlükələri barədə məlumatlılığın artırılması üçün fəaliyyətlər həyata keçirir. BQXK-nın Silahlarla çirklənmiş ərazilərlə bağlı iş proqramının başlanmasından etibarən 36,000-dən çox insana (2023-cü il ərzində 13,000 nəfərə) bu istiqamətdə həyat xilasedici məlumatlar çatdırılmış, eyni zamanda daha təhlükəsiz davranış haqqında mesajlar ötürülmüşdür. Mina və partlamamış qurğuların təhlükələri barədə məlumatlılığın artırılması ilə yanaşı, BQXK Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və bu yöndə fəaliyyət göstərən digər yerli qurumlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində aidiyyəti sahədə çalışan mütəxəssislər üçün müxtəlif təlimlər, o cümlədən partlayış travmalarına yanaşma kursu, ilk yardım təlimləri təşkil edilir, mina təmizlənməsi üçün lazım ola biləcək fərqli avadanlıqların ianəsi həyata keçirilir”.

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR