Boşanmaları doğuran əsas səbəb aradan qalxır – VACİB

Boşanmaları doğuran əsas səbəb aradan qalxır   – VACİB

Hər bir valideynin arzusudur ki, övlad sahibi olsun. Nə qədər acı olsa da, bu gün Azərbaycanda boşanmaların sayı sürətlə artır və statistikaya görə, hər boşanan iki cütlükdən biri məhz sonsuzluq səbəbindən yollarını ayırmalı olurlar.

Psixoanalitikanın banisi Ziqmund Freydin nəzəriyyəsinə görə, insanlar üçün sevgidən də vacib amil uyğunlaşmaqdır. İllərdir bir-birinə öyrəşən, bel bağlayan cütlüklərin sonradan acı reallıqla barışaraq yollarını ayırması, yadlaşması böyük faciədir.

“Avrasiya” klinikası bu reallığı nəzərə alaraq, “Sonsuz gənc qalmasın” adlı kampaniyaya start verir.

Kampaniya çərçivəsində 3-8 yanvar tarixlərində dünyanın 20 ən güclü androloqu siyahısında yer alan, Rusiya Dövlət Tibb Universitetinin professoru, müasir urologiya və andrologiyaya aid çoxsaylı dərsliklərin müəllifi, professor Səfər Həmidov kişi sonsuzluğundan əziyyət çəkən xəstələrə şəfa bəxş edəcək.

Dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiya və digər MDB dövlətlərində minlərlə xəstəya şəfa verən, kişi sonsuzluğunu yaradan səbəbləri aşkara çıxarıb, onlara övlad bəxş edən professor kişi sonsuzluğunu doğuran səbəbləri tamamilə aradan qaldıraraq, ata olmaq istəyən gənclərə bu xoşbəxtliyi bəxş edəcək.

Eyni zamanda dünya şöhrəli androloq erektil disfunksiya, hipoqonadizm, prostat vəzinin terapevtik və cərrahi xəstəlikləri, xarici cinsiyyət orqanının anomaliyaları, hipospadiya, kriptorxizm, sidik axarı, xarici cinsiyyət orqan ilə bağlı problemlərlərin müayinə və müalicəsini həyata keçirəcək.

Bu fürsəti qaçırmayın! Valideyn olmaq hamının haqqıdır!

Qəbulda iştirak etmək istəyənlərdən öncədən yazılmaları xahiş olunur.

(+99412) 563 00 24

(+99412) 563 00 25

(+99455) 979 01 00

Xəbər 14201 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR