"Bolmart"da kütləvi ZƏHƏRLƏNMƏ


Ötən gün Bakı şəhərinin Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında yerləşən "Bolmart" supermarketində kütləvi zəhərlənmə baş verib.

TƏBİB-dən Aktual.az-a verilən məlumata görə, zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün artıq evə buraxılmışlar.
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR