Deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu İbaxlı kənd sakinləri ilə görüşüb
Ötən gün 112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Əhməd Şahidov İbaxlı kəndində yerli sakinlərlə görüşüb. Kəndin mərkəzində baş tutan görüş zamanı qayğılarını dilə gətirən kənd sakinləri İbaxlının bərbad yollarından danışıb, kənddə iaşə obyektlərinin olmamasını, gənclərin işsizlik problemini və kəndlilərin sosial qayğılarını qabardıblar.
İbaxlı kəndi ilə heç kimin maraqlanmadığını deyən sakinlər son 15 ildə kənddə daş üstünə daş qoyulmadığını deyib, yerli bələdiyyə üzvləri, icra nümayəndəsi və deputatın ümumiyyətlə İbaxlı kəndi ilə maraqlanmadığını bildiriblər.