Bitkoinin qiyməti yenə düşür

Bitkoinin qiyməti yenə düşür

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti son bahalaşmadan sonra 8 min dollardan aşağı düşüb.

Aktual.az  Trend-ə istinadən xəbər verir k, kriptovalyutanın həftənin əvvəlində qiyməti 8 min dollara çatıb.
"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 3,39% ucuzlaşaraq 7,94 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 2,84% və ya 464,7 dollaradək ucuzlaşıb, "Ripple" 2,43% (0,452 dollara qədər), "Bitcoin Cash" 4,43% (804,22 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 290,8 milyard dollar təşkil edir və bunun 46,8% faizi bitkoinin payına düşür.
 
Aktual.az 
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR