Bişkekdə təhlükəsizlik tədbirləri artırılır

Bişkekdə təhlükəsizlik tədbirləri artırılır
  • DÜNYA

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin tərəfdarlarını yerli vaxtla saat 16:00-da Bişkekdə mitinqə  çağırmasından sonra paytaxtda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri artırılır.

"Report” "24”ə istinadən xəbər verir ki, A.Atambayevin tərəfdarlarının axışdığı paytaxtda banklar və iri alış-veriş mərkəzləri bağlanır. Şəhərin mərkəzindəki qurumların əməkdaşlarını evə göndərdikləri bildirilir. Şəhər bələdiyyəsi paytaxtda iğtişaşlara və soyğunçuluq hallarına yol verilməyəcəyini açıqlayıb.
Eyni zamanda şəhər yaxınlığındakı Beş Küngey kəndindən A.Atambayevin yaşadığı Koy-Taş kəndinədək yol bağlanıb və polis qüvvələri yeridilib. 
Həmçinin şəhərətrafı bəzi yaşayış məntəqələrində telefon rabitəsinin və internetin söndürüldüyü barədə məlumatlar var.
Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR