Binali Yıldırım qiyamçıların rütbəsini açıqladı

Binali Yıldırım qiyamçıların rütbəsini açıqladı

Türkiyənin baş naziri Binəli Yıldırım ötən gecə ölkədə baş verən iğtişaşa qalxan şəxslərin çoxunun polkovnik və daha yuxarı rütbəli zabitlər tərəfindən yönləndirildiyini açıqlayıb.

Aktual.az "Report"a istinadən bildirir ki, CNN Turk-ə müsahibə verən B.Yıldırım qeyd edib ki, silahlı əməliyyatlar zamanı 130-dan artıq şəxs saxlanılıb. O saxlanılanlarda müxtəlif rütbəli zabitlərin olduğunu bildirib, general rütbəli birinin isə öldürüldüyünü vurğulayıb: "Silahlı iğtişaşa cəhd edənlərin polkovnik və daha yuxarı rütbəli zabitlər olduğu müəyyənləşdirilb".

Baş nazir silahlı çevriliş cəhdi edənlərin terrorçulardan daha təhlükəli olduğunu da vurğulayıb: "Təəssüf ki, millətin pulu ilə alınan silahlarla xalqa atəş açdılar. Bu da onların gözlərinin qanla dolu olduğunu göstərdi. Bunlar terror qruplaşmasından daha təhlükəlidir".
Binəli Yıldırım hazırda vəziyyətin kontrol altında olduğunu vurğulayıb.

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR