Beynəlxalq Bankın yeni sədrinə daha bir vəzifə verildi

Beynəlxalq Bankın yeni sədrinə daha bir vəzifə verildi

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub. 

Aktual.az  xəbər verir ki, Fonddan APA-ya verilən məlumata görə, Xalid Əhədov Şuranın üzvü seçilib.

X.Əhədov dekabrın 8-dən etibarən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O, bu vəzifədə Elmar Məmmədovu əvəzləyib.

E.Məmmədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılandan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasından da kənarlaşdırılıb. 

E.Məmmədovun Şuradakı səlahiyyətlərini müvəqqəti olaraq ABB-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev icra edib.
 
Aktual.az 
Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR