Bayden Ukrayna Sülh Sammitinə qatılmayacaq

Bayden Ukrayna Sülh Sammitinə qatılmayacaq

Prezident Co Bayden iyunun 15-16-da İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitinə qatılmayacaq.
Aktual.az  xəbər verir ki, bu barədə "Blumberq” öz mənbəsinə istinadən məlumat yayıb.
Belə ki, sammit vaxtı Bayden seçki kampaniyası üçün Kaliforniyada Hollivud ulduzları ilə birlikdə ianə kampaniyası keçirəcək. Vitse-prezident Kamala Harrisin də sammitə qatılmayacağı bildirilib.
Qeyd edək ki, sammitdə 120 ölkənin, o cümlədən G7, G20, BRİKS, Avropa Birliyi, həmçinin BMT, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak edəcək. Rusiya isə sammitə dəvət edilməyib.
Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR