Baş nazir Serbiya silahlarının Ermənistana Gürcüstan ərazisindən daşınmasına münasibət bildirib

Baş nazir Serbiya silahlarının Ermənistana Gürcüstan ərazisindən daşınmasına münasibət bildirib

"Gürcüstan və Azərbaycan arasında heç bir anlaşılmazlıq və bizim strateji tərəfdaşlığımıza təhlükə yoxdur”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria deyib.
Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılmasına dair məlumatları şərh edən hökumət başçısı bildirib ki, bu informasiyalarda qeyri-dəqiqlik var: "Gürcüstanın siyasi problemi olmayacaq, çünki biz öhdəliklərimizi beynəlxalq hüquqa müvafiq olaraq yerinə yetiririk. İlk növbədə, KİV-in yaydığı informasiya qeyri-dəqiqdir. Bu informasiya iki ölkə arasında müzakirə mövzusu olacağı təqdirdə maraqlı ola bilər”.
G.Qaxaria bildirib ki, Gürcüstan-Azərbaycan arasında strateji tərəfdaşlığa heç bir təhdid yoxdur:  "Yüksək səviyyədə olan münasibətləri təhdid etmək mümkün deyil”.
Onun sözlərinə görə, hər hansı bir onlayn nəşrin yaydığı informasiya ilə bağlı sualın verilməsi iki ölkə arasındakı münasibətlərin konteksinə uyğun deyil: "Bu bir riskdir”.
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR