"Barselona"nın yeni baş məşqçisi kim olacaq?


"Barselona" baş məşqçisi Ronald Kumanla yolları ayıracağı təqdirdə, bu vəzifəyə namizədlərin siyahısını hazırlayıb.

Aktual.az "RAC1"ə istinadən xəbər verir ki, siyahıda üç mütəxəssisin adı yer alb. Bunlar klubun B komandasının baş məşqçisi Xavi Qarsiya Pimena, "Al-Sadd"a çalışan Xavi və "Ayaks"ın baş məşqçisi Erik ten Haqdır.

Qeyd edək ki, "Barselona" hazırda La Liqada 76 xalla 2-cidir. Komanda lider "Atletiko"dan 4 xal geridə qalır.



Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR