"Barselona"nın müvəqqəti baş məşqçisi açıqlandı

  • İDMAN

İspaniyanın "Barselona" klubunda əsas komandanın müvəqqəti baş məşqçisi bəlli olub.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, əvəzedici heyətə rəhbərlik edən Serxi Barxuan yeni təyinat gerçəkləşənədək əsas komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, sabiq baş məşqçi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Qətərin "Əl Sədd" klubunda işləyən Xavi Ernandesin İspaniya nəhənginə baş məşqçi təyin olunacağı gözlənilir.
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR