"Barselona"nın hücumçusu bir aylıq sıradan çıxıb

  • İDMAN

İspaniya təmsilçisi "Barselona"nın əsas hücumçularından hesab olunan Luis Suares La Liqanın ilk turunda "Atletik"lə görüşdə zədələnib.  

"Report" "Marca"ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun sağ ayağındakı əzələsində problem aşkarlanıb. Uruqvaylı forvardın 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. 
Qeyd edək ki, "Barselona" ilk turda 0:1 hesabı ilə uduzub. L.Suares zədələndiyi üçün 37-ci dəqiqədə əvəzlənib. Kataloniya təmsilçisinin kapitanı Lionel Messi zədə səbəbindən həmin görüşü buraxmalı olub. 
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR