"Barselona"nın futbolçusu Azərbaycana gəlməkdən imtina edib

  • İDMAN

Xorvatiya millisinini futbolçusu İvan Rakitiç sentyabrın 9-da AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla səfər oyunu üçün Bakıya gəlməyəcək.

"Report” "Jutarnji List”ə istinadən xəbər verir ki, İspaniyanın "Barselona” komandasının yarımmüdafiəçisi özünü psixoloji cəhətdən hazır saymadığı üçün daha öncə açıqlanan heyətdən çıxarılmasını istəyib.
"Barselona”dan ayrılması gündəmdə olan Rakitiçin hazırda bütün fikrini özünə yeni klub tapmağa cəmlədiyi vurğulanır. Onun xidmətində Fransanın PSJ və İtaliyanın "Yuventus” klublarının maraqlı olduqları deyilir.
Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, 3 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq. 
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR