"Barselona" "Yuventus"dan futbolçu alır - 60 milyon avro

  • İDMAN

"Barselona" növbəti transferini həyata keçirməyə yaxındır.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu Rodriqo Bentankurun transferi ilə bağlı "Yuventus"la razılığa gəlib. Razılığa əsasən, 22 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro təzminat ödəniləcək.
Transfer gerçəkləşəcəyi təqdirdə, bu məbləğin yarısı R.Bentankurun sabiq klubu "Boka Xunyors"a ödəniləcək.Çünki oyunçunun transfer hüquqlarının 50 faizi Argentina təmsilçisinə məxsusdur.
Qeyd edək ki, Bentankur 2017-ci ildə 12.5 milyon avroya "Boka Xunyors"dan Turin təmsilçisinə keçib.




Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR