“Barselona” 18 yaşlı hollandiyalı ilə müqavilə imzalayıb

“Barselona” 18 yaşlı hollandiyalı ilə müqavilə imzalayıb

İspaniyanın "Barselona” klubu yeni transferini açıqlayıb.

ONA-nın məlumatına görə, Kataloniya təmsilçisi Hollandiyanın "Qroningen” klubunun yarımmüdafiəçisi Lüdviq Reyslə müqavilə imzalayıb.
18 yaşlı futbolçunun keçidi 3,25 milyon avroya gerçəkləşib. Müqavilə 3+2 il müddətinə bağlanılıb. Anlaşmada L.Reysin satış qiyməti kimi 100 milyon avro göstərilib.
Qeyd edək ki, slovak əsilli hollandiyalı "Qroningen”in öz yetirməsidir. 2017-ci ildən klubun əsas heyətində oynayan L.Reys cari mövsüm 31 matçda 1 qol vurub.
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR