Baqrat yeni müharibə istəyir - Deputat

Baqrat yeni müharibə istəyir - Deputat

Hazırda Ermənistanda gərginlik davam edir. Bu gərginliyin əsas aparıcı qüvvəsi isə erməni kilsəsidir.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, bölgəyə sülhün gəlməsinə hər zaman kilsə maneə olub:
"Erməni keşiş Baqrat Qalstanyanın xristian dəyərlərinə belə zərbə vurur. Xristianlıq Baqratın təbliğ etdiyi dağıdıcı ideyaların əksinədir”.
Deputat bildirib ki, Baqrat növbəti dəfə erməni cəmiyyətini müharibəyə çağırır:
"Onun arxasında isə keçmiş hərbi canilər dayanır. Amma erməni cəmiyyəti bütövlükdə yeni müharibə istəmir”.
Xəbər 175 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR