''Bantotdel'' Heydər Babayevin obyektində əməliyyat keçirdi - Direktor qandallandı

''Bantotdel'' Heydər Babayevin obyektində əməliyyat keçirdi  - Direktor qandallandı

''Çudo peçka'' şirkətinin icraçı direktoru həbs edildi.
 
Aktual.az xəbər verir ki, Criminal.az-a daxil olan məlumata görə, dünən şirkətin 7-ci mikrorayon ərazisində yerləşən baş ofisində Baş Mütəşəkkil Cinayətkarlıla Mübarizə İdarəsinin əməkdaşları əməliyat keçirib.
Maskalı əməliyyatçılar ofisə daxil olaraq şirkətin icraçı direktoru olan Azad adlı şəxsi qandallayıb. Məlumatda deyilir ki, onun həbsi gömrük nəzarətindən keçməyən 7000 ədəd İphone telefonu ölkəyə gətirməsidir.
Məsələ ilə bağlı şirkətdən məlumat almaq mümkün olmadı.
Qeyd edək ki, ''Çudo peçka'' sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur.
Aktual.az
Xəbər 4768 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR