Bank sektoruna və manata inam artıb - Baş bankir

Bank sektoruna və manata inam artıb - Baş bankir

Bank sektoruna və manata inam artıb. Cari ilin 9 ayında milli valyutada əhalinin əmanətləri 15,6% və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil edib.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zaman Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, bank sektorunun dayanıqlılığı diqqətdə saxlanılır.
"Hazırda sektorda kapital mövqeyi minimum tələbi iki dəfə üstələyir. Sahibkarların maliyyə imkanlarına çıxışı genişləndirilir. 9 ayda kredit portfelimiz 14%, biznes kreditləri isə 11% artıb. Biznes kreditləri ümumi kredit portfelinin 54%-ni təşkil edir. Valyuta kreditlərinin payı 19%-a enib, bu da tarixi minimumdur. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Qeyri-işlək kredit portfeli 3,5 % səviyyəsinə enib”, - deyə T.Kazımov vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR