Bağlanan bankların əmanətçiləri bu qədər kompensasiya alıblar

Bağlanan bankların əmanətçiləri bu qədər kompensasiya alıblar

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Aktual.az xəbər verir ki, Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 723 milyon 976 min manat ödənilib.

Belə ki, "Parabank” ASC-nin qorunan əmanətçiləri 43 milyon 135 min manat, "Zaminbank” ASC – 53 milyon 383 min manat, "Kredobank” ASC – 27 milyon 77 min manat, "Dekabank” ASC – 3 milyon 86 min manat, "Atrabank” ASC – 14 milyon 271 min manat, "Qafqaz İnkişaf Bankı” ASC – 1 milyon 974 min manat, "Bank of Azerbaijan” ASC – 24 milyon 161 min manat, "Gəncəbank” ASC - 976 min manat, "Texnikabank” ASC – 120 milyon 397 min manat, "Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 434 milyon 823 min manat kompensasiya alıblar. 
 
Aktual.az
Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR