Bal yarmarkasının yeri dəyişdirildi

Bal yarmarkasının yeri dəyişdirildi

Bu il oktyabrın 5-dən 28-nə qədər Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında ("A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılan Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkasının yeri dəyişdirilib.
 
Aktual.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) təşkil olunacaq.
 
Aktual.az 
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR