“Bakubus” avtobusunu daşladılar

“Bakubus” avtobusunu daşladılar

Bakının Yasamal rayonu ərazisində xuliqanlıq hadisəsi baş verib.
Aktual.az xəbər verir ki, dünən saat 16 radələrində Kənar Dairəvi yol 8-in qarşısında naməlum şəxs "Bakubus” MMC-yə məxsus olan və 211 saylı xətt üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusun şüşəsini daşla sındırıb.
Daha sonra həmin şəxs hadisə yerindən uzaqlaşıb. Xuliqanlıq hadisəsi ilə bağlı polisə müraciət edilib.
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.//Qafqazinfo

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR