Bakının kanalizasiya sistemi təkmilləşdirilir – FOTO + SİYAHI

Bakının kanalizasiya sistemi təkmilləşdirilir – FOTO + SİYAHI

Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin dövlət büdcəsindən quruma 14,7 mln. manat vəsait ayrılıb. 

Bu barədə Aktual.az-a  "Azərsu” ASC-dən bildirilib. 

Qeyd olunub ki, bu vəsait hesabına Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. 

Qurumdan bildirilib ki, artıq layihələr üzrə tikinti-quraşdırma işlərinə başlanılıb:

"Bu ilin payız mövsümünə qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır.

Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq, göllərin daşması və yaşayış evlərinə ziyan vurması kimi təhlükələr aradan qaldırılacaq”.

İcra olunacaq layihələr:

 - Ziya Bünyadov prospekti boyu kollektorun tikintisi;

- Nərimanov rayonu, Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi;

- Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi;

- Binəqədi şosesi boyu kollektorun tikintisi;

- Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi;

- Sabunçu rayonu ərazisində kollektorun tikintisi;

- Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi;

- Daşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi;

- Sabunçu rayonu "Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi;

- Ramana Südçülük Sovxozunun ərazisində yağış suları kollektorunun tikintisi;

- Yasamal rayonu, Əhməd Cəmil küçəsi boyu yağış suları kollektorunun tikintisi;

- Xətai rayonu, Yusif Səfərov küçəsi boyu yağış suları kollektorunun tikintisi;

- Xətai rayonu, Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi.





Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR