Bakının bu yollarında avtomobil sıxlığı var

Bakının bu yollarında  avtomobil sıxlığı var

Bu gün səhər saatlarında Bakı şəhərinin bəzi əsas yol və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Aktual.az Report-a istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda Babək prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsində, Afiyəddin Cəlilov küçəsində, o cümlədən A.Bakıxanov küçəsində sıxlıq yaranıb.

Bundan başqa, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində, habelə Tbilisi prospekti (20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi (mərkəzə doğru), Ə.Ağaoğlu küçəsinin Xətai prospekti ilə (Təhsil Nazirliyinin qarşısı) kəsişməsində nəqliyyat vasitələri intensiv hərəkət edir.

Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR