Bakının bir sıra yolları bağlanır

Bakının bir sıra yolları bağlanır

Bakıda bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Aktual.az oxu.az-a istinadən bildirir ki, görüləcək tədbirlər "TOUR d`AZERBAİJAN" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədardır.

Belə ki, mayın 4-də saat 09.30-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol-Bakı-Sumqayıt şossesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunması xahiş olunur.

Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR