Bakının bir hissəsi qazsız qalacaq

Bakının bir hissəsi qazsız qalacaq

Bakı şəhəri Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aktual.az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı Regional qaz istismarı Departamentinin xidmət əraziləri üzrə orta təzyiqli qaz kəmərlərində, eləcə də daxili qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar, 20 aprel 2016-cı il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov və Balaxanı qəsəbələrində, Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Sarayevo, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, Mehmandarov, Şıxlınski küçələrində. Gəncə prospekti və Zığ yolu ətrafında, Abşeron rayonunun Mexkalon yaşayış massivi, Xırdalan şəhərinin bir hissəsi, kənd Xırdalan, Ş.Əfəndizadə küçəsi, Bakı-Şamaxı yolunun sağ hissəsi, həmçinin Masazır kəndinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər 309 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR