"Baku Bus" MMC yeni 3 nömrəli avtobus marşrutunu sınaqdan keçirməyə başlayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə MMC-nin mətbuat xidmətindən deyiblər.
Mətbuat xidmətindən qeyd ediblər ki, ilkin mərhələdə yeni marşrut üzrə Bakıda xəttə sınaq rejimində 8 avtobus buraxılacaq. Gələcəkdə onların sayı 18-dək artırılacaq.
Avtobuslar "Azadlıq prospekti" metro stansiyası - Şəhidlər Xiyabanı marşrutu və əks istiqamət üzrə hərəkət edəcəklər.