Bakıda sürücü polisin üstünə sürdü - Onu xəstəxanalıq etdi

Bakıda sürücü polisin üstünə sürdü   - Onu xəstəxanalıq etdi

Ötən gecə paytaxtda polisin "Saxla" əmrinə tabe olmayan sürücü, avtomobili ilə yol polisini vurub.

APA-nın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı 23 yaşlı Azad Babaşzadə xidməti vəzifəsini yerinə yetirən zaman "VAZ 2107" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib. Əmrə tabe olmayan sürücü avtomobili yol polis əməkdaşının üstünə sürüb. Polis əməkdaşını avtomobili ilə vuran sürücü hadisə yerindən qaçıb. Xəsarətlər alan Azad Babaşzadə xəstəxanaya yol patrul avtomobili ilə gətirilib. Müayinə zamanı həkimlər onda çoxsaylı xəsarətlər müəyyən ediblər. Həkim İlham Qəmbərovun verdiyi məlumata görə, xəstə ikinci dərəcəli travmatik diaqnozu ilə qəbul edilib: "Müvafiq yoxlamalardan keçib. Hal-hazırda reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti stabildir".

Polisdən verilən məlumata görə, hadisə yerindən qaçan "VAZ 2107" markalı avtomobilin yeri və sürücüsü müəyyən edilib. Sürücü saxlanılıb avtomobili isə, cərimə meydançasına aparılıb.

// Aktual.az

Xəbər 1578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR