Bakıda sevgilisindən rədd cavabı alan oğlandan qəribə addım

Bakıda sevgilisindən rədd cavabı alan oğlandan qəribə addım

Səbail rayonu A. Abbaszadə küçəsi 61-in qarşısında xuliqanlıq cinayəti baş verib.


Aktual.az ölkə.az-a istinadən xəbər verir ki, Fidan Muradova adlı şəxs Sebail RPI-nə şikayət edib.

O bildirib ki, yaxın münasibətdə olduğu Rəşad adlı şəxs ona məxsus "Fiat" markalı avtomobilin şüşələrini sındırıb, qapısını əzib.

Zərərçəkənin sözlərinə görə, Rəşadla əvvəllər sevgili olsalar da, sonralar ondan ayrılıb. Ancaq Rəşad bu ayrılığa dözə bilməyərək daim onu təqib edib.

Faktla əlaqədar polis idarəsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb.

 
Aktual.az
Xəbər 233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR