Bakıda mənzildən 15 min manat və qızıl-zinət əşyaları oğurlandı

Bakıda mənzildən 15 min manat və qızıl-zinət əşyaları oğurlandı

Bakının Yasamal rayonunda oğurluq qeydə alınıb.

Aktual.az report-a istinadən bildirir ki, rayonun M.Sübhi küçəsi, ev 71 ünvanında yaşayan 62 yaşlı Lidiya Axundovanın evindən 15 000 manat pul və qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər 349 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR