Bakıda kinoteatrda bahalı üzük oğurlandı

Bakıda kinoteatrda bahalı üzük oğurlandı

Bakının Nəsimi rayonunda yerləşən Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9000 manatlıq brilyant üzüyü oğurlanıb.

Aktual.az-ın Report-a istinadən verdiyi xəbərinə görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkən özü məlumat verib.

Belə ki, A.Məmmədova adlı şəxs kino mərkəzinin sanitar qovşağında əlini yuyarkən uzüyünü çıxararaq kranın yanına qoyub. Geri qayıdanda isə üzüyünün orada olmadığını görüb.

Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.


Aktual.az
Xəbər 579 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR