Bakıda ibadət edən şəxsin pulunu oğurladılar

Bakıda ibadət edən şəxsin pulunu oğurladılar

Hadisə məsciddə baş verib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Bakıda məsciddən oğurluq edilib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun H.Babaşov küçəsində yerləşən məsciddə qeydə alınıb.

Məscidə ibadət etməyə gələn, Bakı şəhər sakini, Rövşən Qüdrət oğlu Mustafayevin gödəkcəsinin cibindən 32 manat, 144 ABŞ dolları, texniki pasport, 2 ədəd kart, 2 ədəd mobil telefon, açarlar, sürücülük və şəxsiyyət vəsiqələri naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR