Bakıda güclü külək: Ağac avtomobilin üstünə aşıb

Bakıda güclü külək: Ağac avtomobilin üstünə aşıb

Ötən gün Bakıda əsən güclü külək nəticəsində ağac kökündən çıxaraq avtomobilin üzərinə aşıb.

Aktual.az-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov trend-ə deyib.

Onun sözlərinə görə, ötən gün güclü külək nəticəsində Bakının Nizami rayonunda üçtikan şeytanağacı tamamilə kökündən çıxıb və pikap avtomobilin üstünə aşıb:

"Lakin avtomobilin üzərində yük olduğundan avtomobilə güclü zərər dəyməyib. Yük olmasaydı, ağac avtomobilə ciddi zərər vurardı”.

O.Məmmədov əlavə edib ki, güclü küləklə əlaqədar olaraq Bakının Nəsimi rayonunda 4 yerdə, Yasamal rayonunda isə iki yerdə ağacların budaqları sınıb. Onların arasında "Qırmızı kitab”a düşən bir ədəd Eldar şamı ağacı da olub.
 
Aktual.az
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR