Bakıda əzablı ölüm: müdir müavini quyuda günlərlə can verdi - YENİLƏNİB - FOTO

Bakıda əzablı ölüm: müdir müavini quyuda günlərlə can verdi  - YENİLƏNİB - FOTO

Bakıda axtarışda olan şəxsin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nizami rayonunda Elşən Süleymanov və Bəhruz Nuriyev küçələrinin kəsişməsindəki yarımçıq tikilidə qeydə alınıb. Belə ki, Nizami Rayon Polis İdarəsinə tikintinin lift boşluğundan kəskin qoxunun gəlməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə yollanan polis əməkdaşları, liftin boşluğunda meyit aşkarlayıblar. Meyiti götürmək mümkün olmadığından Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Hadisə yerinə nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb olunublar. Liftin şaxtasındakı meyit xüsusi alət və avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə gələn Nizami Rayon Prokurorluğunun əməkdaşları araşdırmalara başlayıblar.

Üstündən çıxan mobil telefon vasitəsi ilə tapılan meyitin bu ilin sentyabr ayından axtarışda olan 1962-ci il təvəllüdlü Hadiyev Fuad Həsən oğluna məxsus olduğu müəyyən olunub. O, "Qaya" Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini vəzifəsində çalışırmış. Sonuncu dəfə sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən "Xudafərin" şadlıq evində düzənlənən toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonundakı evinə qayıtmayıb. Qohumları və polis tərəfindən aparılan axtarışlar nəticə verməyib. F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib. Vəziyyətinin ağır olduğunu deyən Fuadın bundan sonra telefonu sönüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Bakıda düz 40 gün qabaq itkin düşmüş kişinin meyitini tapıblar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Nizami RPİ-dən məlumat veriblər.

Qeyd edək ki, Bakı sakininin müəmmalı şəkildə yoxa çıxması faktı bir ay əvvəl sosial şəbəkələrdə də qızğın müzakirə olunurdu. İtkin düşmüş şəxsin yaxınlarının və tanışlarının dediyinə görə, həmin adam gecə toydan qayıdanda itkin düşüb. Kişi sərxoş olub, yolu azıb və dərin bir quyuya düşüb. Özünə gələndən sonra isə iki qardşaı ilə telefon əlaqəsi saxlayıb. Onlara haradasa dərin bir quyuya düşdüyünü bildirib, amma dəqiq ünvan deyə, harada olduğunu başa sala bilməyib. Onun axtarışlarına başlanılsa da nəticə əldə edilməyib.

Bu gün axşam isə Nizami RPİ əməkdaşları 1962-ci il təvəllüdlü Fuad Həsən oğlu Hadiyevin meyitini "Azərsutikinti" xəstəxanasının yaxınlığındakı fərdi torpaq sahəsində qazılmış lift şaxtasında tapıblar. Quyu 5 metr dərinlikdə olub. F.Hadiyevin meyitini sputnik monitorinqinin köməyi ilə aşkarlamaq mümkün olub.

Məlum olub ki, F.Hadiyev qardaşları ilə ilk iki gün ərzində telefon əlaqəsi saxlaya bilib. Sonra isə telefonun batareyası ölüb və əlaqə kəsilib.

O da məlumdur ki, F.Hadiyev toydan qayıdanda "Dakar" gecə klubunun müşahidə kameralarına düşüb. Bu klub isə mərhumun düşdüyü quyuya yaxın ərazidədir.

F.Hadiyevin qardaşları onun çürüyüb dağılmış meyitini paltarlarından və mobil telefonundan tanıyıblar.

// Aktual.az

Xəbər 10346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR