Bakıda dizel yanacağı ilə işləyən avtobuslar ləğv edilə bilər

Bakıda dizel yanacağı ilə işləyən avtobuslar ləğv edilə bilər

Bakıda dizel yanacağı ilə işləyən avtobuslar istifadədən çıxarıla bilər.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı bildirib.

V.Kərimli deyib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.
BNA rəhbəri qeyd edib ki, həmin tələblər hökumətə təqdim olunub: "Tələblərdən biri də odur ki, 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri sıxılmış qaz və elektriklə işləyən avtomobillərdən ibarət olsun. Bizim üçün ətraf mühit vacibdir".
 
Aktual.az
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR