Bakıda daha bir yolun təmirinə başlanılıb -FOTO, VİDEO

Bakıda daha bir yolun təmirinə başlanılıb  -FOTO, VİDEO

Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində təmir-tikinti işlərinə başlanılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, “Azəryolservis” ASC-dən daxil olan məlumata görə, Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən küçənin uzunluğu 600 metr, ortalama eni isə 20 metrdir.

Məlumatda bildirilir ki, artıq küçədə köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınıb və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. 2 qat olmaqla ümumilikdə küçənin 12845 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyü döşənəcək. Ağasadıq Gəraybəyli küçəsində köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri isə artıq yekunlaşdırılıb. Yol boyu zəruri olan yerlərdə təqribən 980 paqon-metr yeni səki daşı düzülüb. Bundan başqa, təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

Anoloji işlər Səttar Bəhlulzadə küçəsində də aparılır. Təmir-tikinri işləri küçənin Atatürk prospekti və Ağasadıq Gəraybəyli küçələri arasında yerləşən hissənində aparılır. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən ərazidə artıq 500 paqon metr köhnə səki daşları yeniləri ilə əvəzlənib.

Küçə yeni asfalt beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Burda ümumilikdə 6000 kvadrat metr əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Qeyd edək ki, sözügedən küçələrdə təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, köhnə yeraltı kommunikasiya xətləri ( su, istilik, qaz, elektrik və rabitə ) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

Hər iki küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Sadalanan təmir-tikinti işləri Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində həyata keçirilir.

Nəqliyyat Nazirliyi rəhbərliyinin nəzarəti altında “Azəryolservis” ASC tərəfindən aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda canlı qüvvə və texnika cəlb olunub. Küçələrdə təmir işləri aparılan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə mədudlaşdırılır. Bu üzdən yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbər 595 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR