Bakıda axtarışda olan şəxs tutuldu

Bakıda axtarışda olan şəxs tutuldu

Bakıda dələduzluq maddəsilə axtarışda olan şəxs tutulub.
 
DİN-dən Aktual.az-a verilən məlumata görə, Sabunçu RPİ tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirqasım Sadıqov Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
 
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Zirə qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş "İJ-16” markalı tüfəng və 8 ədəd patron, habelə həyətindəki istixanada kultivasiya yolu ilə yetişdirilmiş 1230 ədəd çətənə kolu və 530 qram marixuana aşkar edilərək götürülüb.
 
Aktual.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR