Bakıda avtobusu qəzası: ikisi körpə olmaqla 4 nəfər yaralandı

Bakıda avtobusu qəzası:   ikisi körpə olmaqla 4 nəfər yaralandı

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Aktual.az lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa yolunda "Daewoo" markalı, 10 TC 713 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə "Daewoo Damac" markalı minik avtomobili toqquşub. Nəticədə 56 yaşlı kişi və 38 yaşlı qadın, eləcə də 3 və 1 yaşlı iki oğlan uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR