Bakıda ağır qəza: 8 yaralı

Bakıda ağır qəza:   8 yaralı

Bu gün səhər saatlarında Bakıda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Aktual.az  Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 02 BM 632 dövlət qeydiyyat nişanlı "Mercedes" və 90 ZX 165 nömrə nişanlı "Opel" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan 6 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Qəzada yaralananlardan 7-si kişi, 1-i isə 26 yaşlı qadındır.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR