Bakıda adam öldürməyə cəhdə görə axtarışa verilən şəxs polisə təslim oldu

Bakıda adam öldürməyə cəhdə görə axtarışa verilən şəxs polisə təslim oldu

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxs polisə təslim olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Məlumata görə, Bakı şəhər sakini Əliyev Elvin Nəsir oğlu paytaxtın Nəsimi rayonu ərazisində İsmayılov Eldar Əlisa oğluna bıçaqla çoxsaylı xəsarət yetirərək öldürməyə cəhd edib.
E.Əliyev hadisəni törətdikdən sonra qaçaraq istintaqdan gizlənib.
Onun barəsində məhkəmə qərarı ilə axtarış elan olunandan sonra E.Əliyev könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinə gələrək cinayəti etiraf edib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR