Bakıda 20 gün əvvəl intihara cəhd edən kişi xəstəxanada öldü

Bakıda 20 gün əvvəl intihara cəhd edən kişi xəstəxanada öldü

Bakıda 20 gün əvvəl intihar məqsədi ilə sirkə turşusu içən şəxs xəstəxanada dünyasını dəyişib.

Aktual.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, iyunun 30-da 1955-ci il təvəllüdlü Cabir Cahangir oğlu Mehdiyev yaşadığı evdə intihar məqsədi ilə sirkə turşusu içib. O, Xəzər Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və dünən orada vəfat edib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Aktual.az 
Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR