Bakıda 17 evi yaran dəstə yaxalandı

Bakıda 17 evi yaran dəstə yaxalandı

Faktla bağlı araşdırma aparılır.

Bakıda 17 sakinə məxsus evdən oğurluq edən qrup üzvləri tutulub.

Aktual.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, martın 7-dən aprelin 18-dək olan müddətdə 17 paytaxt sakininə məxsus evlərdən pul, qızıl, gümüş, geyim və məişət əşyaları oğurlanıb, habelə 2 mənzildən oğurluğa cəhd göstərilib.

Bununla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrab Rəhimov, Samir Sultanov, Elməddin Abbasov, Ərxan Novruzov və Murad Musayev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR