Bakı və İrəvanın siyasi iradəsi var: nikbinəm - Mişel

Bakı və İrəvanın siyasi iradəsi var: nikbinəm - Mişel

Azərbaycan və Ermənistanla qarşılıqlı inamın bərpası üçün çox yaxından işləmişik.
Aktual.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel "Azadlıq” radiosuna müsahibəsində deyib.
"Məlum olduğu kimi, tərəflər arasında istər tarix, istərsə də bir-birinə münasibət baxımından çox böyük çətinliklər olub. Amma biz müəyyən irəliləyişə də nail olmuşuq və mən çox nikbinəm. Bir neçə gün öncə Azərbaycan və Ermənistan rəhbərliyi birgə açıqlama yayıb. İndi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası, bu istiqamətdə modellərin tapılması yönündə çalışmaq məsələsində hər iki tərəfdə siyasi iradə müşahidə hiss olunur. Biz Avropa Birliyində tərəflər arasında sülh sazişinin imzalanması üçün səy göstərməkdə qərarlıyıq”, - Mişel bildirib.
Xəbər 150 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR