Bakı-Sumqayıt yolunda qəza - Ölən var

Bakı-Sumqayıt yolunda qəza   - Ölən var

Bakı-Sumqayıt şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yol patrul xidmətinə məxsus postun yaxınlığında qeydə alınb.

Qəza zamanı paytatxda doğru hərəkətdə olan Qaradağ rayon sakini 52 yaşlı Məhərrəmov Bəxtiyar Məmmədağa oğlu idarə etdiyi "VAZ 21 06" markalı avtomobili ilə beton araskəsməyə çırpılıb.

Nəticədə avtomobil aşıb. Bundan sonra deformasiya uğrayan avtomobilin salonunda sürücü Bəxtiyar Məhərrəmov dünyasını dəyişib. Onun yanında sərnişin qismində əyləşən həyat yoldaşı isə ağır bədən xəsarətləri alıb.

Xanım dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırlıb. Səhiyyə ocağından aldığımız məumata görə xanımın vəziyyəti orta ağırdır.

"VAZ 21 06" markalı maşın sürətlə gələrkən bax bu arakəsməyə çırpılıb.Qəza zamanı yolda avtomobil sıxlığı yaranıb. Yolda sıxlıq yaranmasın deyə qəzaya uğramış avtomobil evakuator vasitəsilə ərazidən uzaqlaşdırldı.

Baş vermiş hadisə ilə balı ilkin avtotexniki ekspertizia təyin edilib. Qəzanın dəqiq nə səbəbdən baş verdiyi araşdırılır.//Anspress.com

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR