Bakı-Şamaxı yolu bağlana bilər

Bakı-Şamaxı yolu bağlana bilər

Şamaxıda torpaq uçqunu olub. Uçuqun vuran ərazi nəzərət altında saxlanılır. Sürüşmənin miqyası böyüyərsə, Bakı-Şamaxı yolu bağlana bilər.

Aktual.az  Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, leysan yağışları uçquna meyilli ərazilərdə sürüşməni aktivləşdirib. Bakı-Şamaxı-Yevlax yolunun yamac hisəsində torpaq sürşməsi qeydə alınıb. Ərazi uçquna meyilli olduğundan yağışlı havlarda həmin ərazidə hər il sürşmə halları təkrarlanır. Yolun üst hissəsindən başlayan sürüşmə zolağı magistral yola qədar davam edir. Ərazinin gündən-günə sürüşməsi magistral yolun bir hissəsinin uçması ilə nəticələnib. Hazırda yolun 106-107-ci kilometriliydə böyük yarğanlar əmələ gəlib. Torpaq qatı uçaraq yola tökülüb.

Ümumilikdə 600 kv-dən çox ərazi sürüşməyə məruz qalıb. Ərazidən keçən yüksək gərginlikli elektirik xəttlərinin bərkidildiyi dirəklərin ətrafında da şürüşmə qeydə alınıb. 

Yolun bağlanmaması üçün yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Bakı-Şamaxı yolundakı təhlükəni nəzərə alan polis avtomobillərin rahat hərəkət etməsi üçün ərazidədir. Yol Bakı yol istsmar idarəsinin diqqətindədir.

Xəbər 753 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR