Bakı Olimpiya Stadionunun nizamnamə kapitalı kəskin azalıb - SƏBƏB - YENİLƏNİB

Bakı Olimpiya Stadionunun nizamnamə kapitalı kəskin azalıb - SƏBƏB - YENİLƏNİB

"Bakı Olimpiya Stadionu" MMC nizamnamə kapitalının kəskin azaldılmasının səbəblərini açıqlayıb.

Aktual.az
bildirir ki, MMC-nin baş mühasibi Azər Əliyev APA-ya bildirib ki, Bakı Olimpiya Stadionu IV İslam Həmrəyliyi Oyunlarının təşkili və "Qarabağ" futbol klubunun Çempionlar Liqası çərçivəsində stadionda keçirilən oyunlarına görə maliyyələşmə ilə bağlı çətinlikləri olub.
"Bundan başqa, Bakı Olimpiya Stadionunun saxlanma xərcləri var. Bütün bu xərcləri qarşılamaq üçün təsisçimiz SOCAR tərəfindən bu maliyyə vəsaiti nizamnamə kapitalın köçürülmüşdü. Hazırda SOCAR öz vəsaitini nizamnamə kapitalından götürüb. Bakı Olimpiya Stadionunun nizamnamə kapitalında azalma bununla bağlıdır. Qanuna görə, təsisçi nizamnamə kapitalını artıranda və ya azaldanda bir ay qabaqdan "Vergilər" qəzetində elan verilməlidir. Bakı Olimpiya Stadionu da qanuna əməl edərək nizamnamə kapitalı artırılanda və ya azaldılanda bir ay qabaqdan bu elanı qəzetdə dərc edir. Elan kreditorların bundan məlumatı olması üçün bir ay əvvəldən verilir. Vergilər Nazirliyi kreditorların tələblərinin olub-olmamasını gözləyir. Kreditorların 1 ay ərzində tələbləri olmadığı təqdirdə nizamnamə kapitalı azaldılacaq və 1000 manat təşkil edəcək. Nizamnamə kapitalının artırılması Bakı Olimpiya Stadionunun təsisçisi SOCAR-ın verəcəyi qərardan asılıdır. Bu proseslər tam şəffaf və hüquqi çərçivədə aparılır. Bakı Olimpiya Stadionunun fəaliyyəti ilə bağlı audit yoxlaması aparılır. Bütün əməliyyatlar bu audit yoxlamasında da öz əksini tapır", - A.Əliyev vurğulayıb.
Bundan öncə xəbər verdiyimiz kimi, "Bakı Olimpiya Stadionu" MMC-nin nizamnamə kapitalı 2,441 mln. manatdan 1000 manatadək azaldılıb.
 
 
********
"Bakı Olimpiya Stadionu" MMC-nin nizamnamə kapitalı kəskin azalıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Bildirilir ki, MMC-nin nizamnamə kapitalı 2,441 mln. manatdan 1000 manatadək azaldılıb.

Maraqlıdır ki, bu ilin iyunun 7-də "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda MMC-nin nizamnamə kapitalı 590,001 mln. manatdan 1000 manatadək azalması barədə məlumat yayılmışdı.

Bakı Olimpiya Stadionu 68700 tamaşaçı tutumlu, yüksək beynəlxalq standartlara uyğun dizayn edilib və tikilib.

2008-ci ildə ilkin mərhələ olaraq stadionun dizayn işləri başlayıb. Tenderdə bir neçə yerli və xarici şirkətlərin təklifi nəzərə alınıb. İqtisadi səmərəlilik, müasirlik, şəhərin arxitekturasına uyğunluq həmçinin texniki xüsusiyyətlər nöqteyi-nəzərdən təşkilatçılar Türkiyə şirkətinin təklif planını qəbul etdilər və bunun əsasında dizayn işləri davam etdirilib.

Stadion ərazisinin hazırlığı SOCAR-ın tikinti şirkəti tərəfindən həyata keçirilib. İlkin işlərə yaşıllaşdırma, stadionun bünövrəsini möhkəmlətmə və tam miqyaslı tikinti xidmətləri göstərilməsi üçün gələcək tenderlərin inkişaf planı aid idi.

Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimi 6 iyun 2011-ci ildə yəni Azərbaycan futbolunun 100 illik yubileyinə təsadüf edib.

Aktual.az
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR