Bakı Nəqliyyat Agentliyindən yeni tədris ili ilə bağlı mühüm addım

Bakı Nəqliyyat Agentliyindən yeni tədris ili ilə bağlı mühüm addım

Bakı Nəqliyyat Agentliyi məlumatlandırma xarakterli daha bir videoçarx hazırlayıb.

BNA-dan Trend-ə verilən məlumata görə, yeni tədris ilinin başlanması ərəfəsində təqdim edilən videoçarxda Bakı şəhərində yerləşən bütün ali məktəblərinin yerləşdiyi ünvanlar və həmin ərazidən keçən müntəzəm marşrut xətləri ilə bağlı məlumatlar yer alıb.
Videoçarxın hazırlanmasında məqsəd, tələbə adını yeni qazananların qəbul olduqları ali məktəbə ictimai nəqliyyatdan istifadə etməklə getməsini asanlaşdırmaqdır.
Bakı Nəqliyyat Agentliyi bu il tələbə adını qazanan hər kəsi təbrik edərək müvəffəqiyyətlər arzu edir.
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR