Bakı metrosuna yeni vaqonlar gətiriləcək

Bakı metrosuna yeni vaqonlar gətiriləcək

Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "Bakı Metropoliteni" QSC arasında 81-765.B/766.B modelli 30 metro vaqonunun tədarükü barədə müqavilə imzalanıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, müqaviləyə əsasən 2019-ci ilin sonunadək Bakı metrosu üçün 6 qatar tikiləcək.
Müqaviləni "Metrovaqonmaş"ın baş direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov imzalayıb.
İlk vaqonların bu ilin ikinci rübündə tədarük olunması planlaşdırılır.

Yeni model vaqonlar qapıların açılıb-bağlanması zamanı yeni işıqlandırıcı xəbərdarlıq sisteminə malikdir.
Bundan başqa vaqonlar güclü isti və səs izolyasiya sistemi, ventilyasiya ilə təchiz edilib.
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR